Avropa İttifaqı sursat istehsalına 500 milyon ayırdı



 12:49 07.07.2023     323

Avropa İttifaqı qurumları Ukraynaya yardım etmək və öz ehtiyatları üçün sursat istehsalını artırmaq məqsədilə müdafiə sənayesi şirkətlərinə 500 milyon avro ayırmağa razılaşıb.

Demedia.az xəbər verir ki, Bildirilir ki, Avropa İttifaqı Şurası və üzv dövlətlərdən ibarət Avropa Parlamenti sursat artımı ilə bağlı hüquqi tənzimləmərlə bağlı razılığa gəlib.

“Sursat İstehsalına Dəstək Qanunu” adlı hüquqi tənzimləmə döyüş sursatı və raket istehsalı potensialının inkişaf etdirilməsi üçün Avropa İttifaqı büdcəsindən 500 milyon avro ayrılmasını nəzərdə tutur. Avropa İttifaqının maliyyə dəstəyi Avropadakı müdafiə sənayesi şirkətlərinə qrant olaraq veriləcək.

Bahadur Seyidov