Çin Yaponiyadan dəniz məhsullarının idxalını qadağan edib



 12:58 07.07.2023     311

Çin Yaponiyadan dəniz məhsullarının idxalını qadağan edib.

Demedia.az xəbər verir ki, buna səbəb Yaponiyanın Atom Elektrik Stansiyasında toplanan radioaktiv tullantı sularını axıdmaq planıdır. Çinin Baş Gömrük İdarəsinin açıqlamasına görə, Yaponiyanın təxliyyə planı onları qane etmir. Bu səbəbdən təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Açıqlamada deyilir ki, Çin riskli qida məhsullarının idxalının qarşısını almağa davam edəcək. Məlumatda Yaponiyadan dəniz məhsulları idxalının qida təhlükəsizliyi səbəbiylə qadağan edildiyi qeyd edilib.

Açıqlamada Yaponiyanın müxtəlif bölgələrindən gətirilən qida məhsullarının, xüsusilə də dəniz məhsullarının sertifikat sənədlərinin yoxlanılmasının daha sərt olacağı vurğulanıb.

Bahadur Seyidov