Müsəlmanlara qarşı aqressiya axmaqlıqdır - Lukaşenko



 14:58 07.07.2023     347

“İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı müsəlmanlara qarşı aqressiya axmaqlıqdır”.

 Demedia.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko belə deyib. O bildirib:

"Müsəlmanlara qarşı aqressiya axmaqlıqdır. Bunu hakimiyyətin himayəsi altında edilməsinə nə gərək var? İsveç hökuməti buna mane ola bilməzdimi? Ola bilərdi. Amma bunun qanuni olduğunu dedilər. Ona görə də, vətəndaş müharibəsinə səbəb olacaq problemlər yaratmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, İraq əsilli Salvan Momika adlı şəxs İsveçin paytaxtı Stokholmda Qurani-Kərimi yandırıb.

Bahadur Seyidov