Rusiya ordusu Ukraynada xaricdən gətirilən zirehli texnikaları bombalayıb



 14:25 07.07.2023     293

Rusiya ordusu Ukraynada xaricdən gətirilən zirehli texnikaların saxlanıldığı yerləri bombalayıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, hücum zamanı yüksək dəqiqlikli silahlardan istifadə edilib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib:

“Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin əsgərləri və xarici muzdluların olduğu mərkəzlərə uzaqmənzilli yüksək dəqiqlikli silahlarla dənizdən intensiv hücumlar həyata keçirib. Hücum zamanı xaricdə istehsal olunan zirehli texnikanın saxlandığı yerlər vurulub”.

Konaşenkov hücumda müəyyən edilən bütün hədəflərin vurulduğunu qeyd edib.

Bahadur Seyidov