Qeyri-adi HADİSƏ: Ayağından vuruldu, telefonu çıxarıb...



 18:00 07.07.2023     451

İstanbulun Sultanqazi qəsəbəsindəki evinə doğru gedən Uyqar Uğurlu motosiklet sürücüsü tərəfindən ayağından vurulub.

Demedia.az xəbər verir ki, Uğurlunun yaralı halda telefonla oynadığı anlar mobil telefonun kamerasına əks olunub.

Hadisə ötən gün saat 21:30 radələrində Qazi rayonunda baş verib. İddiaya görə, Uyqar Uğurlu (36) evinə getmək üçün küçəyə girərkən motosikletli bir adamın hücumuna məruz qalıb. Şübhəli şəxs 4-5 atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşarkən güllələrdən biri Uğurlunun ayağına dəyib. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.

Vətəndaşlar tərəfindən ilk müdaxiləsi edilən Uğurlu təcili yardımla xəstəxanaya aparılıb. Polis qrupları hadisə yerində araşdırma apardıqdan sonra şübhəlinin tutulması üçün işlərə başlayıb. Uğurlunun yaralı halda cib telefonu ilə oynadığı anlar mobil telefonun kamerasına əks olunub.

Aysun / Demedia.az