Si Cinpin ordunun gücləndirilməsi təlimatını verdi



 14:12 07.07.2023     290

Çin prezidenti Si Cinpin Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığında yoxlamalar aparıb.

Demedia.az xəbər verir ki, Si Cinpin yoxlamalar zamanı bildirib ki, ordunun döyüşmək və qalib gəlməsi üçün potensialı gücləndirilməlidir. Dünyanın yeni dəyişiklik və qarışıqlıq dövrünə qədəm qoyduğunu bildirən Cinpin, ölkəsinin təhlükəsizlik sahəsində qeyri-sabitliklə üzləşdiyini bildirib. O bildirib ki, komandanlıq potensial təhlükələrə qarşı ayıq-sayıq olmalıdır. Si Cinpin müharibə strategiyalarının planlaşdırılması və birgə komanda sistemlərinin inkişaf etdirilməsinin vacibliyi bildirib.

Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu Şərq Cəbhəsi Tayvanın da daxil olduğu bölgəyə cavabdehlik daşıyır.

Bahadur Seyidov