İran Fars körfəzində əcnəbi gəmini ələ keçirib



 14:30 07.07.2023     318

İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində əcnəbi gəmini ələ keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat verib. Bildirilib ki, gəmi qaçaq yanacaq daşıdığı üçün saxlanılıb. Onun göyərtəsində 900 ton yanacağın olduğu açıqlanıb. Məlumata görə, gəminin heyət üzvləri saxlanılıb. Məlumatda qeyd edilir ki, gəmi məhkəmə qərarı ilə saxlanılıb. ABŞ-ın Hərbi Dəniz Qüvvələri də İranın gəmini ələ keçirdiyi barədə məlumat verib.

Açıqlamada deyilir ki, İran qüvvələri Fars körfəzində qaçaqmalçılıqda şübhəli bilinən gəmini ələ keçirib. ABŞ ordusu məsələyə müdaxilə etməyib.

Bahadur Seyidov