Saxta dərman satan şəbəkə belə ələ keçirildi



 23:48 07.07.2023     1099

İstanbul Təhlükəsizlik Müdirliyi Maliyyə Suçlarla Mübarizə Şöbəsi qrupları saxta dərman satanlarla bağlı əməliyyat təşkil edib.

Demedia.az xəbər verir ki, İstanbul Polis İdarəsindən əməliyyatla bağlı məlumat yayıb.

Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi səlahiyyətliləri tərəfindən Esenyurt və Beylikdüzü rayonlarında saxtakarlığın qarşısının alınması üçün aparılan işlərdə öyrənilib ki, saxta məhsulları 3-cü dünya ölkələrinə, müharibə vəziyyətində olan ölkələrə və ölkəmizin daxili bazarına baha qiymətə satılır.

06.07.2023-cü il tarixində şübhəli şəxslərin tutulması üçün Esenyurt və Beylikdüzü rayonlarında müəyyən edilən ünvanlarda əməliyyat keçirilib, 2 xarici ölkə vətəndaşı tutularaq saxlanılıb. Ünvanlarda aparılan axtarışlar zamanı bazar dəyəri təqribən 20.000.000 ₺ olan müxtəlif markalara aid çoxlu sayda material, dərman və dərman preparatlarının istehsalında istifadə edilən xammal ələ keçirilib. 

Aysun / Demedia.az