Peruda vulkan püskürməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib



 16:23 07.07.2023     323

Perunun paytaxtı Limadan təxminən 1200 kilometr cənub-şərqdə, Moquegua bölgəsində yerləşən Ubinas vulkanında partlayış baş verib.

Demedia.az xəbər verir ki, Ubinas vulkanının püskürməsi ilə əlaqədar bəzi əyalətlərdə fövqəladə vəziyyət elan edilib. Açıqlamaya görə, vulkanın püskürdüyü kül 5500 metr yüksəkliyə və 10 kilometrdən çox məsafədəki qəsəbələrə çatıb. Peru hökuməti ölkənin ən aktiv vulkanından çıxan kül və qazla əlaqədar Moquegua bölgəsinin bəzi bölgələrində fövqəladə vəziyyət elan edib.

Hələlik evakuasiya əmri verilməsə də, Milli Mülki Müdafiə İnstitutu ehtiyat tədbiri olaraq əvvəlki vulkan püskürməsindən sonra inşa edilən sığınacağı hazırlamağa başlayıb. Vulkanın təsirinə məruz qalan ərazidə 2 minə yaxın insan yaşayır.

Bahadur Seyidov