Zelenski Çexiyaya səfər edib



 16:32 07.07.2023     300

Ukrayna Prezidenti Vladimir Zelenski Bolqarıstandakı təmaslarından sonra Çexiyaya səfər edib.

Demedia.az xəbər verir ki, Zelenskinin Çexiyaya səfəri əvvəlcədən elan edilməyib. Zelenski səfər çərçivəsində Çexiya Prezidenti Petr Pavellə bir araya gəlib. İkitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Çexiya prezidenti Pavel bildirib ki, ölkəsi həm Ukraynanın Rusiyaya qarşı əks-hücumunu, həm də Avropaya inteqrasiya prosesini dəstəkləyir.

Ukraynanın dünyanın azadlığı və dəyərləri uğrunda mübarizə apardığını, Çexiyanın bu mövzuda hər platformada Kiyev rəhbərliyini dəstəklədiyini qeyd edən Pavelin sözlərinə görə, Rusiya müharibədə qalib gəlməməlidir.

Bahadur Seyidov