Əl və ayaqda yaranan keyləşmənin səbəbi bunlar ola bilər - MÜTLƏQ BAXIN! - Video



 13:52 10.07.2023     897

Əl keyiməsi bir və ya hər iki əldə hiss olunan və ən çox görülən şikayətlərdən biridir.

Bu şikayətlər bütün əldə, ovucda, əlin yuxarı hissəsində və barmaqların uclarında və ya bəzi barmaqlarda hiss oluna bilər. Keyimə hissi daimi olaraq, müəyyən hərəkətlər edərkən və ya istirahət zamanı baş verə bilir. Bununla yanaşı, keyimə yazarkən, işləyərkən, xüsusi hərəkətləri yerinə yetirərkən və ya alət və ya avadanlıqdan istifadə edərkən də baş verə bilir. Bütün bu uyuşma və ya keyimə hissi insanın həyat keyfiyyətinə təsir edərək aşağı salır. Bəzi hallarda isə insan fəaliyyət qabiliyyətini belə itirə bilir.

Endokrinoloq Ayşən Xəlilova əl və ayaqda keyləşmənin səbəbləri haqqında videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova Yutub kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az