Yunanıstanda yeni hökumət üçün parlamentdə etimad səsverməsi keçirildi



 15:14 10.07.2023     302

Yunanıstanda baş nazir Kiryakos Mitsotakisin rəhbərlik etdiyi yeni hökumət üçün parlamentdə etimad səsverməsi keçirilib.

Demedia.az xəbər verir ki, 300 yerlik parlamentdə hakim Yeni Demokratiya partiyasının 158 deputatı parlament seçkilərindən sonra qurulmuş Miçotakis hökumətinə etimad səsverməsi verib. Deputatlar yeni hökumətə etimad göstərib. Səsvermədən əvvəl parlamentdə çıxış edən Mitsotakis bildirib ki,  Yeni Demokratiya partiyasının qələbəsi ilə nəticələnən parlament seçkiləri Yunanıstan üçün böyük dəyişiklikləri ehtiva edən yeni bir prosesə qapı açıb.

Mitsotakisin sözlərinə görə, yeni hökumətin əsas məqsədlərindən biri ölkədə rifahı yüksəltməkdir.

Bahadur Seyidov