Türkiyədəki “Azov” batalyonunun 5 komandiri Ukraynaya qayıdıb



 15:42 10.07.2023     298

Türkiyədəki “Azov” batalyonunun 5 komandiri Ukraynaya qayıdıb. D

emedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski sosial media hesabında qeyd edib ki, Türkiyədəki qəhrəmanlar vətənə qayıdıb. Görüntülərdə Zelenskinin təyyarədə “Azov” batalyonunun komandirlərini salamladığı, onlarla Ukrayna və ingilis dillərində söhbət etdiyi müşahidə edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub. Mübadilə edilən əsirlər arasında “Azov” batalyonunun komandirləri də olub. Onlar təhlükəsizlik məqsədi ilə Türkiyəyə göndəriliblər.

Bahadur Seyidov