İspaniyanın Vox partiyasının anti-İslam vədləri



 16:18 10.07.2023     329

İspaniyada keçiriləcək növbədənkənar parlament seçkilər öncəsi ifrat sağçı Vox partiyası proqramını açıqlayıb.

Demedia.az xəbər verir ki, Vox partiyası qeyri-qanuni miqrantların ölkələrinə geri göndərəcəyini və “fundamentalist” məscidləri bağlayacağını vəd edib. Vox partiyasının 100 bəndlik seçki proqramına siyasi partiyaların indiyədək seçki kampaniyaları zamanı gündəmə gətirmədiyi anti-miqrant və anti-İslam mövzuları da yer alıb. Hazırda ana müxalifət olan sağçı Xalq Partiyası ilə koalisiya hökuməti olaraq hakimiyyətə gəlmə ehtimalı olan Vox partiyası, seçki proqramında ifrat sağçı fikirləri açıq şəkildə ifadə edib.

Qeyd edək ki, İspaniyada parlament seçkiləri iki həftə sonra keçiriləcək.

Bahadur Seyidov