İsveç Quran yandırma aksiyalarını dayandırmaq üçün qanuna dəyişiklik edə bilər



 15:02 10.07.2023     296

İsveçin ədliyyə naziri Qunnar Strömmer bildirib ki, hökumət ölkədə Quran yandırma aksiyalarını dayandırmaq üçün qanuna dəyişiklik edilməsi məsələsini müzakirə edir.

Demedia.az xəbər verir ki, o bildirib ki, Quranın yandırılması İsveçin sabitliyini riskə atır. Qurani-Kərimin yandırılmasının İsveçin daxili təhlükəsizliyi üçün təhdidlər yaratdığını bildirən Stömmerin sözlərinə görə, bu hadisələr İsveçin təhlükəsizliyinə xələl gətirib. “Biz abidələrin və ya digər müqəddəs kitabların yandırılmasını dayandırmaq üçün qanuna dəyişiklik edilməsini müzakirə edirik”- ədliyyə naziri Qunnar Strömmer bildirib.

Qeyd edək ki, Stokholmda məscidin qarşısında Quranın yandırılması müsəlman ölkələrinin etirazlarına səbəb olub.

Bahadur Seyidov