Taxıl sazişi təşəbbüsü davam etdirilməlidir - Quterreş



 16:54 10.07.2023     343

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, taxıl sazişi təşəbbüsünün davam etdirilməli olduğunu bəyan edib.

Demedia.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibinin müavini Farhan Haq açıqlama verib. O bildirib ki, Quterreş Rusiya və Ukraynadan ərzaq və gübrə ixracının qlobal ərzaq təhlükəsizliyi üçün mühüm rol oynadığını qeyd edib. “Baş katib bu məhsulların qlobal bazarlara problemsiz və səmərəli çıxışını təmin etmək üçün 2022-ci ilin iyulunda İstanbulda imzalanmış sazişlərin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini bir daha vurğulayır”, - deyə Haq bildirib.

Haq, razılaşmaların qlobal ərzaq qiymətlərinin azalmasına töhfə verdiyini vurğulayıb.

Bahadur Seyidov