Vilnüsə müdafiə sistemləri yerləşdirildi



 18:00 10.07.2023     344

Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammiti üçün Almaniyanın Patriot Hava Hücumundan Müdafiə Sisteminin batareyaları Vilnüs Hava Limanına yerləşdirilib.

Demedia.az xəbər verir ki, NATO Sammiti iyulun 11-12-də Vilnüsdə, Rusiya sərhədindən təxminən 300 kilometr aralıda keçiriləcək. Sammitdə Finlandiyanın iştirakı ilə sayı 31-ə yüksələn üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, İsveç, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderləri də iştirak edəcək. Sammit çərçivəsində Vilnüsdə yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 3000-dən çox Litva əsgəri cəlb edilib.

Bahadur Seyidov