Şimali Koreyaya qarşı güclü mövqe ortaya qoyulmalıdır - Yoon Suk Yeol



 17:42 10.07.2023     313

Şimali Koreyanın nüvə ambisiyalarına qarşı güclü beynəlxalq mövqe ortaya qoyulmalıdır.

Demedia.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Yoon Suk Yeol belə açıqlama verib. O bildirib ki, Cənubi Koreya ilə NATO arasında nüvə silahının yayılmasının qarşısının alınması da daxil olmaqla 11 sahə üzrə əməkdaşlığı nəzərdə tutan sənəd qüvvəyə minəcək.

“Beynəlxalq ictimaiyyətin Şimali Koreyanın nüvə silahı proqramının qarşısını almaq əzminin Şimali Koreyanın nüvə silahı yaratmaq istəyindən daha güclü olduğunu açıq şəkildə bildirməyin vaxtıdır”, - Yoon deyib.

Bahadur Seyidov