Bayden Avropaya səfər etdi



 15:29 10.07.2023     313

ABŞ Prezidenti Co Bayden Litvada keçiriləcək NATO sammitinə getməzdən əvvəl Böyük Britaniyaya səfər edib.

Demedia.az xəbər verir ki, İngiltərənin paytaxtı Londona gedən Bayden, əvvəlcə Böyük Britaniyanın Baş naziri Rişi Sunak, daha sonra Britaniya kralı 3-cü Çarlzla görüşəcək. Görüşlər zamanı Ukrayna müharibəsi, Ukraynanın NATO-ya üzvlüyü və iqlim böhranı kimi məsələlər müzakirə ediləcək. London səfərindən sonra ABŞ prezidenti NATO Sammitində çıxış etmək üçün Litvaya gedəcək. Baydenin Vilnüs sammitində Ukraynanın NATO-ya üzv olması üçün nə etməli olduğuna dair açıqlama verəcəyi gözlənilir.

Bayden daha sonra Finlandiyaya səfər edəcək və paytaxt Helsinkidə keçiriləcək ABŞ-Skandinaviya liderləri sammitində iştirak edəcək.

Bahadur Seyidov