Hollandiyanın baş naziri siyasətdən gedir



 15:43 10.07.2023     309

Hollandiyanın baş naziri Mark Rutte noyabrda keçirilməsi planlaşdırılan seçkilərdən sonra siyasətdən getəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bundan əvvəl istefa verdiyini açıqlayan Mark Rutte siyasətdən də gedəcəyini bildirib. Rutte deyib ki, onun qurduğu hökumət immiqrasiya siyasəti ilə bağlı fikir ayrılığı səbəbindən dağılandan sonra seçkilərin ardınca ölkənin hakim partiyasının rəhbərliyindən və siyasətdən gedəcək.

Qeyd edək ki, Hollandiyada ən uzun müddət vəzifədə olan baş nazirlərdən biri Rutte 4 partiyalı koalisiya hökumətinin istefasını Hollandiya kralı Villem-Alexanderə təqdim edib.

Bahadur Seyidov