Hakan Fidanla Blinken arasında növbəti telefon danışığı baş tutdu
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın dövlət katibi Antonio Blinken arasında növbəti telefon danışığı olub.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilir ki, Hakan Fidan Antoni Blinkenlə NATO-nun genişlənməsi və Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi ilə bağlı telefonda danışıb.
Qeyd edək ki, bu tərəflərin son bir 3 gündə 2-ci telefon danışığıdır.
Bahadur Seyidov