Məşhur cütlük boşandı



 20:33 10.07.2023     583

Boşanma qərarı verdikləri xəbəri ilə gündəm olan Ceyda Düvenci və Bülent Şakrakdan üzücü xəbər gəlib.

Demedia.az xəbər verir ki, məşhur cütlüyün 8 illik evliliyi İzmir-Ödəmiş Ədliyyəsində sona çatdı. Məhkəmənin çox qısa vaxt çəkməsi diqqət çəkib.

Ceyda Düvenci serialın çəkiliş meydançasında tanış olduğu aktrisa Bülent Şakrakla eşq yaşamağa başlayıb və cütlük 2015-ci ildə ailə həyatı qurub.

Maqazin dünyasının nümunəvi cütlüklərindən olan Ceyda Düvenci və Bülent Şakrakın xoşbəxtliyi oğulları Okan Əlinin dünyaya gəlməsi ilə daha da artıb.

Evlilikləri zamanı ən özəl anlarını izləyiciləri ilə bölüşən cütlük son zamanlar ayrılıq iddiaları ilə gündəmə gəlib. Məlum olub ki, Düvenci və Şakrak boşanmaq qərarına gəliblər.

Bülent Şakrak və Ceyda Düvenci səhər saatlarında İzmir Ödəmiş Ədliyyəsində boşanıblar. Razılaşaraq boşanan cütlüyün davası 15 dəqiqə çəkib.

Aysun / Demedia.az