Ukrayna Krım, Rostov və Kaluqa bölgələrinə ballistik raketlə hücuma cəhd edib



 12:42 11.07.2023     343

Ukrayna Krım, Rostov və Kaluqa bölgələrinə ballistik raketlə hücuma cəhd edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, Ukrayna ordusu hücum zamanı S-200 raketlərindən istifadə edib. Məlumata görə, Ukraynanın hücumu ilə bağlı Rusiya Aerokosmik Komandanlığı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova hesabat verib. Hesabatda deyilir ki, Ukraynaya məxsus 4 ballistik raket məhv edilib.

Bəyanatda qeyd olunub ki, Gerasimov hava zərbələrinə qarşı müdafiənin mümkün qədər gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsinə dair göstəriş verib.

Bahadur Seyidov