Ukrayna 169 kvadrat kilometr ərazini işğaldan azad edib



 12:54 11.07.2023     369

Ukrayna ordusu iyunun əvvəlində hücum başlayandan indiyə qədər Melitopol və Berdyanskın cənub istiqamətlərində ümumilikdə 169 kvadrat kilometr ərazini işğaldan azad edib.

Demedia.az xəbər verir ki, Ukrayna Baş Qərargah rəisinin sözçüsü Andriy Kovalyov belə açıqlama verib. O bildirib ki, Ukrayna qoşunları son bir həftədə Melitopol və Berdyanskın cənub istiqamətlərində həyata keçirdiyi hücum nəticəsində 1 kilometrdən çox irəliləyib. Onun sözlərinə görə, son bir həftədə cənubda 10 kvadrat kilometrdən çox ərazi işğaldan azad edilib.

Ukrayna ordusunun Baxmutun şərq istiqamətində 4 kvadrat kilometr ərazini azad etdiyini vurğulayan Kovalyov, bu istiqamətdə işğaldan azad edilən ümumi ərazinin 24 kvadrat kilometr olduğunu qeyd edib.

Bahadur Seyidov