“Threads”də qeydiyyatdan keçənlərin sayı 100 milyona çatıb



 15:14 11.07.2023     440

“Facebook”, “İnstagram” və “WhatsApp”ın sahibi Meta şirkətinin açdığı yeni sosial media platforması “Threads”də qeydiyyatdan keçənlərin sayı 100 milyona çatıb.

Demedia.az xəbər verir ki, müxtəlif brendlər və şirkətlər “Threads”a müraciət ediblər və onların arasında dünyanın ən böyük şirkətlərindən biri olan “Apple” da var. “Apple News” sosial mediada hələ heç nə dərc etməsə də, artıq platformada çoxlu izləyicilər qazanıb. Yeni platformaya “Apple Books”, “Apple Music”, “Beats by Dre” və musiqi tanıma proqramı “Shazam” daxil olmaqla digər proqramlar qoşulub.

Qeyd edək ki, “Threads” yeni sosial media platformasının tvitterə rəqib olduğu bildirilir.

Bahadur Seyidov