Seneqal hökumətindən "France 24" telekanalına qınama



 15:05 11.07.2023     303

Seneqal hökuməti Fransanın "France 24" telekanalının yayımlarını ölkədəki hadisələrə qərəzli yanaşdığına görə qınayıb.

Demedia.az xəbər verir ki, hökumətin bəyanatına görə  “France 24” ölkədə baş verən siyasi prosesləri qərəzli şəkildə işıqlandırır. Açıqlamada deyilir ki, Seneqalla bağlı xəbərlərin qərəzli, mənfi və qeyri-etik olduğu açıqdır. Seneqal hökuməti bunu pisləyərək, kanalın gələcək yayımlarında bu münasibətdən uzaq durmalı olduğunu qeyd edib.

Hökumətin açıqlamasına görə, kanal müxalifətin deputatı və PASTEF lideri Ousmane Sonkonun mühakimə olunmasından sonra keçirilən aksiyalar barədə doğru olmayan məlumatlar paylaşıb.

Bahadur Seyidov