ABŞ Türkiyənin Avropa Birliyinə üzvlük hədəflərini hər zaman dəstəkləyir - AÇIQLAMA



 16:43 11.07.2023     619

ABŞ Türkiyənin Avropa Birliyinə üzvlük hədəflərini hər zaman dəstəkləyir və dəstəkləməkdə davam edir.

Demedia.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib. Həmçinin bildirilib ki, bu danışıqlar Türkiyə ilə Avropa Birliyinin 27 üzvü arasındakı məsələdir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzv olmasına razılıq verməsi üçün ölkəsinin Avropa Birliyinə üzv olmasının asanlaşdırılmasını irəli sürüb. NATO baş katibi Yens Stoltenberq də Türkiyənin Avropa Birliyinə üzvlük hədəflərini dəstəklədiyini açıqlamışdı.

Bahadur Seyidov