Fransada 7 əyalətdə “narıncı” həyəcan siqnalı verilib
Fransada temperaturun artması ilə əlaqədar 7 əyalətdə “narıncı” həyəcan siqnalı verilib.
Demedia.az xəbər verir ki, Fransanın Meteorologiya İdarəsi belə açıqlama verib. Bildirilib ki, temperaturun artması ilə əlaqədar 7 əyalətdə “narıncı”, 25 əyalətdə isə “sarı” həyəcan siqnalı verilib. Məlumata görə, ölkənin cənubunda yerləşən Provans-Alp-Kot-d'Azur bölgəsində havanın temperaturu 37-40 dərəcə, Auvern-Rhone-Alp bölgəsində isə 35-38 dərəcə isti təşkil edir.
Aralıq dənizinə yaxın yerlərdə havanın temperaturunun 20 dərəcədən yuxarı olacağı qeyd edilib.
Bahadur Seyidov