Kolumbiyada hökumətlə qiyamçılar arasında görüş olub



 18:31 11.07.2023     1051

Kolumbiyada hökumətlə silahlı qiyamçı təşkilat “Milli Azadlıq Ordusu”nun nümayəndə heyəti arasında görüş olub.

Demedia.az xəbər verir ki, tərəflər atəşkəs razılaşmasının detallarını müzakirə etmək üçün bir araya gəliblər. Havanada bir araya gələn tərəflər 1 ay sonra başlayacağı açıqlanan “Milli ikitərəfli atəşkəs razılaşması”nın detallarını və bundan sonra görüləcək məsələləri müzakirə ediblər. Toplantıda hökumət qiyamçılardan insanların oğurlanması, azyaşlıların zorla işə götürülməsi, minaların qoyulması, insanların zorla köçürülməsi və digər əməllərdən əl çəkməyi tələb edib.

Qiyamçılar isə hökumətdən atəşkəs rejiminə riayət etməyi, kənd yerlərində humanitar vəziyyətin yaxşılaşdırılmasını, vətəndaş hüquq və azadlıqlarının qorunmasını, əhalinin sağlamlığı və humanitar yardım missiyalarını yerinə yetirməyi, həmçinin atəşkəs rejiminə təhlükə yarada biləcək hərəkətlərdən çəkinməyi tələb edib.

Bahadur Seyidov