Cənubi Afrikanın ən böyük şəhərinə qar yağdı



 16:24 11.07.2023     367

Cənubi Afrikanın ən böyük şəhəri və iqtisadi paytaxtı Yohannesburqa qar yağıb.

Demedia.az xəbər verir ki, bu şəhərə sonuncu dəfə qar 2012-ci ildə yağıb. Həftə sonundan etibarən qışın ən soyuq günlərini yaşayan Cənubi Afrika Respublikasının Şərqi Cape başda olmaqla Cənub yarımkürəsinin bəzi bölgələrində qar müşahidə edilib. Bildirilir ki, Yohannesburqa da qar yağıb. Qarın çox nadir düşdüyü Yohannesburqda şəhər sakinləri 11 ildən sonra gördükləri qardan həzz alıblar.

Cənubi Afrika Meteorologiya Xidmətinin açıqlamasına görə, soyuq hava şəraiti davam edəcək.

Bahadur Seyidov