Dəniz səthinin temperaturu rekord səviyyəyə çatdı



 18:00 11.07.2023     318

Dünya Meteorologiya Təşkilatı qlobal dəniz səthinin temperaturunun may, iyun və iyul aylarında rekord səviyyəyə çatdığını və bunun daha da artacağını açıqlayıb.

Demedia.az xəbər verir ki, açıqlamaya görə, Atlantik okeanının şimalında dəniz səthinin temperaturunda görünməmiş artım müşahidə edilib. May, iyun və iyul aylarında rekord həddə çatan temperaturun El Nino hava şəraitinin təsiri ilə artacağı bildirilib. Atlantik okeanının şimalında gündəlik temperaturu iyun ayındakı norma ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Həmçinin Antarktidada dəniz buzunun səviyyəsin keçən ay ən aşağı səviyyədə olub.

Bahadur Seyidov