Macarıstanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi texniki məsələdir - XİN



 17:12 11.07.2023     352

Macarıstanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi texniki məsələdir.

Demedia.az xəbər verir ki, Macarıstanın xarici və xarici ticarət naziri Peter Szijjarto belə açıqlama verib. O bildirib ki, Vilnüsdəki sammitdə müzakirə olunan ən mühüm məsələlər Ukrayna müharibəsi və İsveçin NATO-ya üzvlüyüdür. Szijjarto Ukraynada sülhün ən qısa zamanda təmin olunması ilə bağlı Macarıstanın dəqiq mövqeyinin olduğunu bəyan edib.

"İsveçlə bağlı mövqeyimiz də aydındır. Hökumətimiz NATO ilə əlaqəni dəstəkləyir, ona görə də biz təklifimizi bir neçə ay əvvəl parlamentə təqdim etmişik. Artıq üzvlük prosesinin yekunlaşdırılması texniki məsələdir” - Peter Szijjarto deyib.

Bahadur Seyidov