Kişilərin cəzalandırıldığı restoran - Şillə vurmaq, döymək...



 21:34 11.07.2023     528

Universitetdə restoranlarını tanıtmaq üçün tədbir təşkil etmək istəyən şirkətin addımı bəyənilməyib.

Demedia.az xəbər verir ki, hadisənin gündəm olmasından sonra sözügedən restorana gedən insanların başına gələnlər dünya mətbuatının gündəminə çevrilib.

Son illərdə dünyanın müxtəlif ölkələrində xidmətçi tipli restoran və kafelər kifayət qədər öz əksini tapıb. Xüsusilə kişi müştərilərin üstünlük verdiyi bu yerlərdə müştərilərə işgəncə verməklə yanaşı xidmət də verilir. Normal şəraitdə bəzi model restoranlarda kişi müştərilər döyülür, burada qonaqlara “kral” kimi yanaşırlar və ən yaxşı şəkildə əylənirlər.

Bu çərçivədə Sinqapurda açılan və Yapon temalı geyimlərlə müştərilərinə xidmət göstərən kafe dünyada səs-küy yaratdı. Sözügedən kafeyə gələn müştəriləri döyür, itələyir, hətta qadınlar da tapdalayırlar.

Sözügedən kafe ölkəsində özünü tanıtmaq üçün bir universitetlə tədbir təşkil etməyə razılaşıb. Lakin universitet rəhbərliyi “Biz belə bir tədbirin kampusda keçirilməsini məqsədəuyğun hesab etmirik” deyərək tədbiri hələ başlamamış ləğv edib.

Şirkətdən verilən açıqlamada “cəzalandırılan” müştərilərin bunu tələb etdiyi və onlara heç bir məcburiyyətə məruz qalmadıqları xatırladılıb və “Narahatlığa görə universitet rəhbərliyindən üzr istəyirik” ifadəsi işlədilib.

Aysun / Demedia.az