İnəklər insanlarla eyni çimərlikdə... - VİDEO



 23:48 11.07.2023     492

İstanbulda həddindən artıq istidən narahat olan inəklər Kilyos Kısırkaya Xalq Çimərliyində vətəndaşlarla eyni dənizdə sərinləyiblər.

Demedia.az xəbər verir ki, inəklər vətəndaşların diqqət mərkəzində olarkən, bəzi vətəndaşlar heyrətlərini gizlədə bilməyiblər.

Bütün dünyada temperatur rekordları qırılmağa davam edərkən, həddindən artıq istilər ölkə daxilində təsirini artırıb. Yüksək hava istiliyindən boğulan istanbullular sərinləmək üçün Kilyos Kısırkaya xalq çimərliyinə axın edib.

Lakin burada vətəndaşlar gözlənilməz vəziyyətlə qarşılaşıblar. İnəklərin sahilə enərək dənizə girdiyini görən vətəndaşlar təəccüblərini gizlədə bilməyiblər.

Bəzi vətəndaşların inəklərlə əylənməyə üstünlük verdiyi qeyd edilib. İnəklərin bəziləri sahildə uzanaraq sərinləməyə çalışarkən, bəziləri isə dəniz kənarında gəzərkən rayona gələn vətəndaşlar və turistlər üçün fərqli görüntü yaradır.

Aysun / Demedia.az