Hamilə qalmaq istəyən qadınlar MÜTLƏQ BAXIN! - Yumurtalıqların polikistoz sindromu nədir? Video



 10:33 12.07.2023     801

Yumurtalıqların polikistoz sindromu poliendokrinoloji sindrom olub yumurtalıqların funksiyasının pozulması ilə özünü biruzə verir.

Hormonların ifrazının pozulması nəticəsində ovulyasiya prosesi pozulur, follikullar tam yetişmir, içərisinə maye dolur və kiçik kistalara çevrilir. Bu yaranmış kiçik çoxsaylı kistalar yumurtalığın səthində və daxilində yerləşərək yumurtalıqların ölçüsünü böyüdürlər. Polikistoz yumurtalıq sindromu qadınlarda ən çox görülən hormonal pozğunluqlar arasında ən üst yerdədir.

Demedia.az  "Demədi Demə"  Yutub kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir.

Rəna İsmayılova / Demedia.az