Makron Ukraynaya raketlər göndərəcəklərini açıqladı



 14:45 12.07.2023     303

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya yüksək dağıdıcı gücə malik yeni uzaqmənzilli raketlər göndərəcəklərini açıqlayıb.

Demedia.az xəbər verir ki, NATO Sammiti üçün Litvanın paytaxtı Vilnüsdə olan Makron jurnalistlərə açıqlamasında bildirib ki, Fransa İsveçin NATO-ya daxil olması üçün əldə olunan razılaşmanı alqışlayır. Makron həmçinin Finlandiyanın NATO üzvü kimi masa arxasında olmasından məmnun olduğunu bildirib. Fransanın Ukrayna-Rusiya müharibəsi başlayandan bəri NATO-nun şərq cinahında hərbi varlığını gücləndirdiyinə diqqət çəkən Makron, 1000 Fransız əsgərinin Rumıniyada, 300 Fransız əsgərinin isə Estoniyada olduğunu bildirib.

Makron Ukraynaya yüksək dağıdıcı gücə malik yeni uzaqmənzilli raketlər göndərəcəkləri barədə məlumat paylaşıb.

Bahadur Seyidov