Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat uçuşları zamanı ölkəsinin hava məkanını pozduğunu iddia edib.
Demedia.az xəbər verir ki, o bildirib ki, ABŞ qanunsuz davranışlarını davam etdirsə, Şimali Koreya buna səssiz qalmayacaq. Kim Yo-jonq bildirib ki, ABŞ-ın kəşfiyyat təyyarəsi ölkənin hava məkanını 8 dəfə pozaraq hava casusluğu fəaliyyəti həyata keçirib.
Kim Yo-jong Şimali Koreya ordusunun əks-hücum üçün hazırlıq gördüyünü ifadə edib. Kim Yo-jonq Şimali Koreyanın hava məkanını pozduğuna dair iddiaları təkzib edən Cənubi Koreyanı da tənqid edib.
Bahadur Seyidov