Türkiyə ilə İsveç arasında əməkdaşlıq artıb - Stoltenberq



 15:54 12.07.2023     313

“Türkiyə ilə İsveç arasında əməkdaşlıq artıb. Türkiyə ilə razılaşmadan sonra İsveçin NATO-ya üzv olmasından sonra əməkdaşlıq davam edəcək”.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Vilnusdakı sammitin əhəmiyyəti böyükdür: “Bu, tarixi sammitdir, çünki biz İsveçin alyansın tamhüquqlu üzvü olmasına imkan verəcək razılaşma əldə etmişik”. Stoltenberq İsveçin üzvlüyünün həm Türkiyə, həm Baltikyanı region, həm də NATO üçün yaxşı olacağını bildirib.

Qeyd edək ki, Türkiyə və İsveç arasında NATO-ya üzvlüklə bağlı razılıq əldə edilib. 

Bahadur Seyidov