Türkiyənin İsveçlə bağlı qərarından məmnunam - Kiryakos Mitsotakis



 16:12 12.07.2023     316

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı verdiyi qərardan məmnunluğunu ifadə edib.

Demedia.az xəbər verir ki, NATO zirvəsində iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsdə olan Mitsotakis jurnalistlərə açıqlamasında bildirib ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzv olması üçün qəbul etdiyi qərarı alqışlayır. Mitsotakis həmçinin Yunanıstan və Türkiyə arasında əməkdaşlığın yenidən başlaması üçün fürsət olduğunu ifadə edib. T

ürkiyə ilə Yunanıstan arasında mühüm fikir ayrılıqlarının olduğunu deyən Miçotakis problemlərin mehriban qonşuluq münasibətləri əsasında və beynəlxalq hüquq çərçivəsində həll oluna biləcəyini qeyd edib.

Bahadur Seyidov