Hərbi çevrilişlə hakimiyyətə gələn baş nazir siyasətdən gedir



 16:52 12.07.2023     302

Tailandın baş naziri Prayut Çianq-o-ça aktiv siyasətdən getməyə hazırlaşdığını açıqlayıb.

Demedia.az xəbər verir ki, 2014-cü ildə çevrilişlə hakimiyyətə gələn 69 yaşlı Prayut Çan-o-ça bir daha seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. Prayut açıqlamasında baş nazir olaraq Tayland xalqını, dini və monarxiyanı qorumaq üçün çox çalışdığını, sabitlik və sülh üçün ölkəni hər sahədə gücləndirməyə çalışdığını bildirib. 2022-ci ilin dekabrında seçkilərdən əvvəl yeni qurulan “Birləşmiş Tay Milləti” partiyasına qoşulduğunu açıqlayan Prayut 2025-ci ilə qədər vəzifəsində qalmaq istədiyini bildirdi.

Qeyd edək ki, çevrilişdən sonra hakimiyyətdə olduğu doqquz il ərzində Prayut çoxsaylı etimadsızlıq səsvermələri və etiraz aksiyaları ilə üzləşib.

Bahadur Seyidov