Ukrayna Baxmutda bəzi mövqelərə nəzarəti bərpa edib



 12:42 12.07.2023     294

Ukrayna ordusu Baxmut şəhərinin şimal və cənubunda bəzi mövqelərə nəzarəti bərpa edib.

Demedia.az xəbər verir ki, Ukrayna Baş Qərargahının mətbuat katibi Andrey Kovalyov Baxmutdakı vəziyyətlə bağlı yazıb. Ukrayna ordusunun Baxmut şəhərinin şimalında və cənubunda əks-hücum əməliyyatlarını davam etdirdiyini qeyd edən Kovalyov bildirib ki, qoşunlar Qora-Andriyevka və Qora-Kurdyumovka istiqamətlərində uğur qazanıb. Bildirilib ki, Ukrayna əsgərləri rusların hədəflərinə artilleriya atəşi açaraq əks-artilleriya tədbirləri görür.

Andrey Kovalyovun sözlərinə görə, əlavə qüvvələr cəlb edən rus qoşunları güclü müqavimət göstərərək, ehtiyatlarından istifadə edir.

Bahadur Seyidov