Çin Tayvan yaxınlığına gəmilər və döyüş təyyarələri göndərib



 17:42 12.07.2023     324

Çin Tayvan yaxınlığına patrul xidməti üçün donanma gəmiləri və döyüş təyyarələri göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Çin Xalq Azadlıq Ordusu Tayvanın ətrafına 38 döyüş təyyarəsi və 9 donanma gəmisi göndərib. Təyyarələrdən 32-si Çin və Tayvan arasında bufer zona hesab edilən ərazidə uçuşlar həyata keçirib.

Məlumata görə, gəmi və təyyarələr patrul xidmətindən sonra Çinin cənub sahillərinə qayıdıb. Tayvanın Müdafiə Nazirliyi Çinin bu həmləsini ölkənin mümkün işğal cəhdlərinə hazırlıq kimi dəyərləndirib.

Bahadur Seyidov