Səudiyyə Ərəbistanı Dostluq və Əməkdaşlıq Sazişinə qoşulur



 17:19 12.07.2023     300

Səudiyyə Ərəbistanı Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının Dostluq və Əməkdaşlıq Sazişinə qoşulmaq qərarına gəlib.

Demedia.az xəbər verir ki, bu barədə kral Salman bin Əbdüləziz Əl Səudun sədrliyi ilə Ciddədəki Əs-Salam sarayında keçirilən Nazirlər Şurasının iclasında qərar verilib. Səudiyyə Ərəbistanının rəsmi agentliyinin xəbərinə görə, görüşdə bir çox məsələlər, o cümlədən Fransa və Rusiya ilə əlaqələr və ziyarət təşkilatının uğurları müzakirə edilib.

Nazirlər Şurasının iclasında Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının Dostluq və Əməkdaşlıq Sazişi protokollarına qoşulmaq da daxil olmaqla müxtəlif qərarlar qəbul edilib.

Bahadur Seyidov