Moskva Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi planına qarşı çıxdı



 15:29 12.07.2023     293

G7-nin Ukraynaya təhlükəsizlik zəmanəti vermək planı çox təhlükəlidir və bu, Rusiyanın təhlükəsizliyinə qəsd etmək deməkdir.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov belə açıqlama verib. Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov, Ukraynanın mümkün NATO üzvlüyü və G7-nin Kiyevə verməyi planlaşdırdığı təhlükəsizlik zəmanətləri ilə bağlı danışıb. Ukraynanın NATO-ya daxil olması ehtimalına qarşı olduqlarını ifadə edən Peskov deyib:

 “Ukraynanın NATO-da iştirakına çox mənfi münasibət bəsləyirik. Bu məsələ G7 ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyi ilə bağlı bəyanatı ilə birbaşa bağlıdır. Biz bunun dərin səhv və potensial olaraq çox təhlükəli olduğunu düşünürük”.

Bahadur Seyidov