Sudanda vətəndaş müharibəsi davam edir



 15:59 12.07.2023     313

Vətəndaş müharibəsinin davam etdiyi Sudanın paytaxtı Xartumun müxtəlif bölgələrində ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurma baş verib.

Demedia.az xəbər verir ki, tərəflər ağır silahlardan istifadə ediblər. Məlumata görə, paytaxtın qərbində yerləşən Umdurmanda ordunun döyüş təyyarələri Çevik Dəstək Qüvvələrinin mövqelərini bombalayıb. Ordu, Çevik Dəstək Qüvvələrinin üzvlərinin kütləvi şəkildə ərazidən qaçdığını iddia edib. Paytaxtın şimalında yerləşən Bəhri şəhərində də intensiv toqquşmalar baş verib.

Çevik Dəstək Qüvvələri Bahri və Umdurman şəhərlərini birləşdirən kritik əhəmiyyətli Şambat Körpüsünə nəzarət edir.

Bahadur Seyidov