7 milyonluq avtomobil görün necə məhv oldu - VİDEO



 22:05 12.07.2023     917

Türkiyədə dəhşətli yanğın hadisəsi baş verib.

Demedia.az xəbər verir ki, magistral yolda 7 milyon TL dəyərində lüks avtomobil yanğın nəticəsində külə dönüb.

Sürücü həmin anları çarəsiz izləyib. Hadisə saat 12.00 radələrində TEM şosesində, Ədirnə Beşiktaş Döyüş Akademiyaları Tuneli istiqamətində meydana gəlib. Əldə edilən məlumata görə, Gökhan Kenar (37) günorta saatlarında evindən çıxaraq 7 milyon lirəlik lüks avtomobili ilə işə getmək üçün yola düşüb.

Maşın tunelə daxil olarkən elektrik qurğusunda partlayış baş verdiyi iddia edilir. Baş verənlərdən təəccüblənən sürücü çarəsiz halda itini maşına mindirərək özünü bayıra atıb.

Daha sonra avtomobildən uzaqlaşan sürücü ətrafdakı sürücülərin köməkliyi ilə yanğınsöndürənlərə məlumat verib. Lakin yanğın səbəbindən Ədirnə istiqamətində nəqliyyatın hərəkəti dayandığında yanğınsöndürənlər hadisə yerinə çatmaqda çətinlik çəkib.

Polis qruplarının köməkliyi ilə qarşı tərəfdən nəqliyyatın hərəkətinə daxil olan yanğınsöndürənlər təxminən yarım saatdan sonra əraziyə çataraq yanğına müdaxilə edə bilib.

Aysun / Demedia.az