Ölüm anını belə qeyd etdilər - Partlayışdan sonra havanın temperaturu 100 dərəcə oldu



 23:48 12.07.2023     525

Vulkan püskürməsini çəkmək üçün adaya gəzintiyə çıxan turistlərin ölüm anı ortaya çıxıb.

Demedia.az xəbər verir ki, 2019-cu ildə Yeni Zelandiyanın Uayt adasında vulkan püskürdü.

Vulkan püskürən zaman turist qrupu kraterin yaxınlığında dövrə vururdu. Hadisəyə ilk müdaxilə edənlərdən biri olan Russell Clark gördüklərini “Çernobıl teleserialından bir səhnə kimi” kimi təsvir edib. Klark VNZ televiziyasına "Hər şey küllə örtülmüşdü" dedi.

Partlayışdan sonra xilasetmə qrupları tərəfindən adadan çıxarılan yaralılardan 30-nun cəsədlərində ciddi yanıqlar yaranıb.

Püskürmədən üç həftə əvvəl seysmoloqların vulkandakı aktivliyi qiymətləndirdiyi və həyəcan səviyyəsini yüksəltdiyi öyrənildi. Baş nazir Casinda Ardern də parlamentdəki çıxışı zamanı məsələyə toxunaraq, “Bəzi sualların soruşulması və cavablandırılması lazımdır” deyib.

Partlayışdan əvvəl adada 50 nəfər olub.Ətraflı araşdırmalardan sonra verilən açıqlamada polis səlahiyyətliləri, "Əlimizdə olan məlumatlara əsasən, adada sağ qalanın olmadığını düşünürük" dedi. Whakaari adlanan White Island vulkanı ölkənin ən aktiv vulkanıdır. Vulkan sonuncu dəfə 2001-ci ildə püskürüb.

Digər tərəfdən, 4 ildən sonra həyatını itirənlərin videosu ortaya çıxdı. Vulkanın püskürmə anını lentə alan avstraliyalı turistlər qısa müddət sonra hadisə yerində dünyasını dəyişib.

Görüntülərdə turistlərin partlayışdan sonra qaçan anları anbaan qeydə alınır və partlayışdan sonra havanın ən az 100 dərəcə olduğu düşünülür.

Aysun / Demedia.az