Qolunu qaldırıb saçını daraya bilmirdi - Görün həkim nə etdi - Video



 09:53 13.07.2023     469

Çiyin ağrıları, xüsusilə, orta yaş və yüksək yaşlı insanlarda daha sıx görülür. Kiçik yaşlarda daha çox travmatik olur.

Çox nadir hallarda kiçik uşaqlarda, xüsusilə, bazu sümüyünün çiyinə yaxın bölgəsində olan şişlər özünü göstərə bilər ki, onlar ağrı verə bilir. Amma daha çox bu şişlərin xüsusi xarakteri ondan ibarətdir ki, sakit halda və gecə halında belə ağrı verməsi onun ayırdedici özəlliyidir və o bölgədə şişkinlik olması bunu şübhələndirə bilər.

Alqoloq Vüsal Eyvazov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov Yutub kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az