Baş gicəllənmə, nəfəs darlığı, ürək sıxışması varsa bu xəstəlikdən xəbər verir! - Panik atak Video
Panik atakın əsas xüsusiyyətindən biri birdən-birə baş verən, zaman-zaman təkrarlanan və insanı dəhşətə salan güclü narahatlıq və ya qorxu hücumlarıdır .
Pasientlərimizin tez- tez ” böhran “ adlandırdıqları bu qıcolmalara biz Panik Ataklar deyirik . Panik atak qəfil başlayır , daha şiddətli olur və 10 dəqiqə ərzində ən yüksək səviyyəyə çatır. Adətən 10-30 dəqiqədən sonra (nadir hallarda 1 saata qədər) öz-özünə keçir.
Nevroloq Leyla Şahbazova Panik atak haqqında videoda ətraflı məlumat verib.
Demedia.az Nevroloq Leyla Şahbazova Yutub kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az