BMT-də Qurani-Kərimə edilən hörmətsizliklə bağlı fövqəladə xüsusi sessiya keçirilib



 16:11 13.07.2023     337

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında Qurani-Kərimə edilən hörmətsizliklə bağlı fövqəladə xüsusi sessiya keçirilib.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının bəzi üzv ölkələri, ABŞ və Böyük Britaniya Qurana edilən hücumları pisləməyi rədd ediblər. Məlumata görə, sessiya İslam Əməkdaşlıq Təşkilatının çağırışı ilə keçirilib. 47 üzvdən ibarət Şurada İslam Əməkdaşlıq Təşkilatının son vaxtlar Qurana qarşı hörmətsizlik və hücumlarla bağlı qətnaməsi müzakirə edilib. Qətnamə layihəsində Quranı hədəf alan hücumların pislənməsi barədə çağırış edilib.

Səsvermədən əvvəl bəzi Avropa İttifaqına üzv ölkələr, həmçinin ABŞ və Böyük Britaniya Qurani-Kərimin yandırılması ilə bağlı təxribatları pisləyən qanun layihəsini dəstəkləməyi rədd edib.

Bahadur Seyidov